Türkiyədən Niderlandın soyqırım addımına etiraz

Türkiyədən Niderlandın soyqırım addımına etiraz

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bu haqda bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, dünən Niderlandın Nümayəndələr Palatasında qəbul edilən qərarla bağlı suala verdiyi cavabda, 25 fevralda Niderlandın Nümayəndələr Palatasında qəbul edilən və hökuməti 1915-ci il hadisələrini soyqırım kimi tanımağa çağıran qərarın tarixi siyasi motivlərlə yenidə yazmağa yönəlik behudə cəhd olduğunu ifadə edərək: “Məclislər tarix yazacaq və mühakimə ediləcək yerlər deyil. Bu qərarı qəbul edənlər 1915-ci ildə nə baş verdiyini yox, populist səs axtaranlardır. Sözügedən qərarı imzalayanları Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi soyqırım Cinayətinin qarşısının alınması və Cəzalandırılması Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını araşdırmağa, tarixi bir məsələnin daha yaxşı idrak edilməsi uğrunda atılan addımlara və edilən səylərə dəstək verməyə dəvət edirik. Ermənistanın birgə Tarix Komissiyası yaradılması təklifimizə hələ də biganə qalması bu səylərin başında gedir”.

Niderland hökumətindən qanunun aliliyinə zərbə endirməyən addım atmasının gözlənildiyi ifadə edilən şərhdə vurğulanıb ki, Hollandiyanın Nümayəndələr Palatası gerçəkləri gözdən yayındıraraq Türkiyə əleyhinə qərarlar qəbul etmək əvəzinə bu ölkədəki Türk cəmiyyətinin də məruz qaldığı irqçilik, islamofobiya, ayrı-seçkiliklərə qarşı mübarizə edərsə daha doğru addım atmış olar.

Xəbəri paylaş

VİDEOLAR