Türkiyə Myanmadakı çevriliş rejiminin dinc aksiya keçirən vətəndaşlarına qarşı sərt müdaxiləsini qınayıb
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir:"Dünan Myanmanın Yanqon şəhərində yaşanan hadisələr zamanı çox sayda adamın öldürülməsi ilə bağlı xəbər bizi kədərləndirib.Myanmadakı çevriliş rejiminin dinc aksiyaçılara qarşı sərt müdaxiləsini qınayırıq".
Bəyanatda həmçinin hərbi rejimə aksiyaçılara qarşı sərt müdaxiləsini dərhal dayandırması ilə əlaqədar çağırış da edilib.