Türkiyədən Misirə başsağlığı

Türkiyədən Misirə başsağlığı

Türkiyə Misirdə baş verən qatar qəzası ilə əlaqədar başsağlığı ünvanlayıb.

Rastahber xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında, dünən (18 aprel) Misirin Kalyubiye vilayətinin Tuh şəhərində baş verən qatar qəzasında 11 nəfərin öldüyü, xeyli sayda insanın yaralandığı barədə təəssüf hissi ilə məlumat əldə olunduğu qeyd edilir.

Açıqlamada deyilir: “Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa, Misir xalqına, eləcə də mərhumların ailələrinə və yaxınlarına başsağlığı diləyirik”.

Misir Səhiyyə Nazirliyinin açıqlamasında Tuh şəhərində Qahirə-Mansura istiqamətində yola çıxan qatarın düşdüyü qəzada 11 nəfərin öldüyü, 98-nin yaralandığı bildirilir.

Xəbəri paylaş

VİDEOLAR