Bunu Türkiyə XİN rəsmisi Hami Aksoy bildirib.
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, Ankara Parisi sanksiya təhdidlərinə görə qınayır, Fransa prezidentinin bununla bağlı bəyanatları Türkiyə üçün əhəmiyyət kəsb etmir.
Bunu Türkiyə XİN rəsmisi Hami Aksoy bildirib.
“Fransa Şərqi Aralıq dənizindəki hadisələrlə bağlı özünün hər bir bəyanatı və bu kontekstdə atdığı yanlış addımları ilə öz neytrallığını və sabitliyə töhfə vermək şansını itirir”, – deyə o qeyd edib.
“(Fransa) prezidenti (Emmanuel) Makronun bəyanatları bizim ölkəmiz üçün əhəmiyyət kəsb etmir. Heç kəsin Türkiyəni sanksiya dili hədələmək hüququ yoxdur”, – deyə o əlavə edib və deyib ki, bu təhdidlər “nəticə verməyəcək”.
Onun sözlərinə görə, Fransa belə bir siyasətdən heç bir fayda əldə edə bilmədi və gələcəkdə də əldə edə bilməyəcək.
Aksor Fransanı Liviya və Suriyaya görə də tənqid edərək bildirib ki, Paris Aralıq dənizində “mən buranın yeganə sahibiyəm” prinsipi üzrə hərəkət edir.
Xatırladaq ki, Makron Aİ dəniz məkanını pozan ölkələrə qarşı sanksiyaların tətbiqinə dair çağırış edib və Yunanıstan və yunan Kipri ilə tam həmrəy olduğunu ifadə edib.