10.03.2021 14:17:47
Uçuşlar Sabiha Gökçen hava limanından baş tutacaq
"Türk Hava Yolları"nın törəmə şirkəti "Anadolujet" büdcə aviaşirkəti martın 19-dan etibarən Azərbaycana müntəzəm reyslərə başlayır.
Trend bu barədə "Anadolujet"ə istinadən məlumat verir.
Uçuşlar İstanbul-Bakı-İstanbul marşrutu ilə həyata keçiriləcək və həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri Sabiha Gökçen hava limanından baş tutacaq.