Suriyada Əbu Məhəmməd əl-Colaninin başçılıq etdiyi terrorçu qrupların törətdiyi cinayətlərə dair sübutların toplanması üçün genişmiqyaslı kampaniya başlayıb.
Az.rasthaber.com xəbər verir ki, sosial mediada başlanan bu təşəbbüs qırğınlar, adam oğurluğu və edamlar kimi terror cinayətlərinin görüntülərini arxivləşdirmək və beynəlxalq ədalətə təqdim etmək məqsədi daşıyır.
Mehr Xəbər Agentliyinin məlumatına görə, son 24 saat ərzində xüsusilə də əvvəlki illərdən cinayət dəlillərinin qorunması və paylaşılması çağırışları artıb və indiyədək mindən çox video yazının toplandığı bildirilib. Kampaniya çərçivəsində o da vurğulanıb ki, hazırda Suriyada rəsmi vəzifələrdə olan bəzi şəxslərin keçmişdə bu videolarda cinayət törətdiyi müşahidə edilib.
Digər tərəfdən, qərb ölkələrinin əl-Colaninin qruplaşmalarının terrorçular siyahısından çıxarılması üçün səylər göstərdiyi və bu kampaniyanın beynəlxalq hüquqi proseslərin başlanmasında mühüm addım ola biləcəyi bildirilir.