Türkiyədən ABŞ-a növbəti xəbərdarlıq

Türkiyədən ABŞ-a növbəti xəbərdarlıq

Rusiyanın S-400 zenit-raket sisteminin tətbiqi məsələsində ABŞ-ın Türkiyəyə təzyiq etmək cəhdləri əks nəticələr verə bilər.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə müsahibəsində deyib.

"Əgər başqa bir ölkə bizə maksimalist mövqeyindən "ya biz deyən olacaq, ya da olmayacaq" deyə tələb qoyarsa, bu bizi başqa istiqamətlərə yönəldər", - Kalın deyib.

Ərdoğanın sözçüsü amerikalı partnyorları Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamağa çağırıb. 

Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.

2020-ci ilin dekabrında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.

Xəbəri paylaş

VİDEOLAR