Türkiyədən ABŞ-a Əfqan miqrantlarla bağlı reaksiya

Türkiyədən ABŞ-a Əfqan miqrantlarla bağlı reaksiya

Türkiyə ABŞ-ın bəyan etdiyi "ABŞ üçün işləyən əfqanlar və ailələrinə istiqamətli miqrant qəbulu proqramı"nı qəbul etmədiyini açıqlayıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ğlkənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç ABŞ tərəfindən elan edilən "ABŞ üçün işləyən əfqanlar və ailələri üçün mühacir qəbulu proqramı" ilə əlaqədar olaraq, "Türkiyə olaraq ABŞ-ın məsuliyyətsizcə və ölkəmizlə məsləhətləşmədən aldığı qərarı qəbul etmirik. ABŞ bu insanları öz ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürməsi mümkündür" deyib.

Mövzu ilə əlaqədar suala yazılı cavab verən Bilgiç ABŞ Dövlət Departamentinin dünən verdiyi açıqlamada ABŞ-ın qeyri-hökumət təşkilatları (QHT) və mediada qurumları üçün işləyən əfqanlar və ailələrinə istiqamətli miqrant qəbul proqramı ilə əfqanların ABŞ-a köç müraciətlərinin bağlı olduqları təşkilatlar vasitəsilə üçüncü ölkələrdən alınacağının bildirildiyi və müraciətlər üçün Türkiyəyə də işarə edildiyini xatırladıb. 

Tanju Bilgiç "Hər şeydən əvvəl ABŞ-ın bəyanatı bölgəmizdə böyük bir miqrasiya böhranına səbəb olacaq və köç yollarında əfqanların çəkdikləri əziyyətləri artıracaq. Problemə bölgə ölkələri arasında həll yolu tapmaq yerinə ölkəmizin razılığı olmadan ölkəmizdə həll yolu axtarmaq istənməsi qəbuledilməzdir" deyib.

Türkiyənin son 7 ildir dünyada ən çox qaçqına ev sahibliyi etdiyini xatırladan Bilgiç yeni bir köç böhranının üçüncü bir ölkə naminə üzərinə götürəcək həcminin olmadığını ifadə edərək deyib: "Türkiyə olaraq, ABŞ-ın ölkəmizlə məsləhətləşmədən aldığı məsuliyyətsiz qərarı qəbul etmirik. ABŞ bu insanları öz ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürməsi mümkündür. Ölkəmiz heç bir halda qəbul etməyəcək. Qanunlarımızın üçüncü ölkələr tərəfindən öz məqsədləri üçün sui -istifadə edilməsinə icazə verilməyəcək. Bölgəmizdə üçüncü ölkələrin qərarları nəticəsində yaşanan köç böhranlarının yükünü Türk millətinin üzərinə götürməsini heç kim gözləməməlidir".

Xəbəri paylaş

VİDEOLAR