Türkiyədəki erməni kilsəsində növbəti dini ayin keçiriləcək - ancaq COVİD-19-a uyğun

Türkiyədəki erməni kilsəsində növbəti dini ayin keçiriləcək - ancaq COVİD-19-a uyğun

Ayin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə baş tutacaq

Rasthaber Azərbaycan  “Anadolu”-ya istinadən xəbər verir ki, Türkiyənin şərqində yerləşən Akdamar adasındakı erməni kilsəsində 6 sentyabrda son illərin 8-ci ibadəti keçiriləcək.

Qeyd edək ki, Van gölündəki Akdamar adası regionun mühüm dini turizm obyektlərindən biri hesab edilir. 2010-cu ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə baş tutan təmirdən sonra kilsədə 95 illik fasilənin ardınca ilk ibadət keçirilib.

Həmin vaxtdan bəri hər il sentyabrın əvvəlində Türkiyədən və Ermənistandan olan yüzlərlə xristianın iştirakı ilə dini ayinlər keçirilməyə başlayıb.

COVID-19 xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində bu ilki ibadət məhdud sayda iştirakçı ilə baş tutacaq.

Ayin iştirakçıları bədən hərarətləri ölçüldükdən sonra və bütün sanitar-epidemioloji normalara riayət etmək şərti ilə 6 sentyabrda səhər saatlarında katerlərlə Akdamar adasına gətiriləcəklər.

Van qubernatoru Mehmet Emin Bilmez bildirib ki, ibadət astanasında bölgəyə Türkiyə və xaricdən çox sayda turistin gəlməsinə baxmayaraq, bazar günü adanı ziyarət etmək imkanı məhdudlaşdırılacaq.

“Dini ayin canlı efir vasitəsi ilə yayımlanacaq. İbadətdə iştirak üçün İstanbuldan 25 nəfərlik qrup gələcək. Turistlər ada və kilsəni yalnız dini ayindən sonra ziyarət edə biləcəklər. İbadət zamanı bütün zəruri təhlükəsizlik tədbirləri görüləcək”, – deyə Bilmez qeyd edib.

Xatırladaq ki, Akdamar kilsəsi ermənilər üçün böyük əhəmiyyət kəsb edir.

Xəbəri paylaş

VİDEOLAR