Türkiyənin qərbində İzmir əyalətinin sahilində 276 qanunsuz miqrantı daşıyan gəmi saxlanılıb.
Rasthaber xəbər verir ki, İzmir polisinin məlumatına görə, gəmidəki yoxlama Narlıdərə rayonu sahillərində keçirilib.
Qeyri-qanuni mühacirlər Türkiyə vətədanşları deyil və onlar gəminin isti və boğanaq anbarında gizlənirdi.
Saxlanılanlar arasında 46 qadın və 59 uşaq da var.
Avropaya qanunsuz mühacirlərin göndərilməsinə görə 8 nəfər saxlanılıb.