Türkiyədə yeni qadağaların tətbiq edilməsi gözlənilir

Türkiyədə yeni qadağaların tətbiq edilməsi gözlənilir

Türkiyədə "Covid-19"a yoluxma və bu xəstəlikdən ölüm hallarının kəskin artması səbəbindən ölkə ərazisində yeni qadağaların tətbiqi gözlənilir.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, hazırda ölkədə virusa yoluxanların sayı 60 mini keçib, xəstəlikdən ölənlərin sayı isə artmaqda davam edir. Bununla əlaqədar olaraq Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə, həftəsonu qadağası da daxil olmaqla üç gün “Evdə qal” məhdudiyyətinin tətbiqi gözlənilir. Mövzu ilə bağlı hələ ki rəsmi qərar verilməyib. Lakin Türkiyənin Səhiyyə Nazirliyinin "Covid-19" elmi şurası və Daxili İşlər Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsinin təqdim edilməsi gözlənilir.

  Hazırda Türkiyənin bütün vilayətlərini əhatə edən “qismən qapanma”nın davam edib-etməyəcəyi ilə bağlı isə qarşıdan gələn həftə ərzində ölkənin Nazirlər Kabinetinin növbəti iclasında qərar veriləcək. Yeni qadağaların qüvvəyə minəcəyi təqdirdə ölkə ərazisində böyük alış-veriş mərkəzlərinin müvəqqəti bağlanması, Ramazan bayramında isə dörd günlük “Evdə qal” məhdudiyyətinin də tətbiq ediləcəyi istisna deyil.

  Qeyd edək ki, hazırda Türkiyədə tətbiq olunan qismən qapanma tədbirləri çərçivəsində həftə içi hər gün axşam saat 19:00-dan səhər saat 05:00-dək “Evdə qal” məhdudiyyəti qüvvədədir. Bu saatlar ərzində təcili hallar istisna olmaqla əhalinin şəhərlərarası hərəkəti də müvəqqəti qadağan olunub. Ölkədə toy, nişan kimi kütləvi tədbirlərin keçirilməsi Ramazan bayramınadək təxirə salınır. Kütləvi tədbirlərə imsak və iftar yeməklərinin birgə təşkili də daxildir. Ramazan ayı boyunca kafe, restoran, idman zalları və bu kimi digər ictimai iaşə obyektlərinin də fəaliyyəti müvəqqəti dayandırılıb. Kiçik yeməkxanalar isə günün müəyyən saatlarında müştərilərə paket servisi şəklində xidmət göstərir. Qadağaların tətbiqi müddət ərzində yaşı 65-dən yuxarı və 18-dən aşağı olanlara ictimai nəqliyyatdan istifadəsi qadağan edilir. Dövlət qurumları və bəzi özəl sektorlar məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR