Türkiyədə xəstəxanada partlayış: Ölənlər var

Türkiyədə xəstəxanada partlayış: Ölənlər var

Reanimasiyada olan 19 xəstədən 8-i ölüb

Qaziantepdə özəl xəstəxanada baş verən partlayışda 8 xəstə ölüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, hadisə reanimasiya şöbəsində oksigen balonunun partlaması nəticəsində olub. Partlayışdan sonra yanğın baş verib.

Reanimasiyada olan 19 xəstədən 8-i ölüb, 11-i digər xəstəxanalara köçürülüb.

Xəbəri paylaş

VİDEOLAR