Türkiyədə universitetdə Kəbənin şəkilinin ayaq altına sərilməsi etiraza səbəb oldu

Türkiyədə universitetdə Kəbənin şəkilinin ayaq altına sərilməsi etiraza səbəb oldu

Türkiyənin məşhur Boğaziçi universitetində meydana gələn hadisə həm ölkə, həm də dünya müsəlmanlarının qəzəbinə səbəb olub.

Rasthaber Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, müqəddəs Kəbənin əks olunduğu fotoşəkil universitet önündə ayaq altına sərilib.

Artıq baş verənlə əlaqədar polis müəyyən tədbirlər görüb. Türkiyə DİN başçısı Süleyman Soylu bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Boğaziçi universitetində Müqəddəs Kəbəyə qarşı hörmətsizlik edən 4 LGBT azğını saxlanılıb”, – Soylu bildirib.

İqtidar AK partinin sədr müavini Numan Kurtulmuş da baş verənlərə münasibət bildirib: “Boğaziçi universitetində müsəlmanlara qarşı təxribat törədən azğınları lənətləyirəm. Millətimiz İslam düşmənlərinə əsla aman verməyəcək. Kəbəyə qarşı törədilən bu əxlaqsızlığa hüquqi qiymət veriləcək”.

Xəbəri paylaş

VİDEOLAR