Türkiyədə yeni növ koronavirusla mübarizə çərçivəsində tətbiq edilən birinci və ikinci doza peyvənd olunanların ümumi sayı 20 milyonu ötüb.
Rasthaber xəbər verir ki, Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində (https://covid19asi.saglik.gov.tr) qeyd olunan peyvənd sayına görə, birinci dozanı vurduranların sayı 12 milyon 208 min 242 nəfərdir.
İkinci doza peyvəndi vurduranların sayı isə 7 milyon 793 min 889-a yüksəlib.
Beləliklə, Türkiyədə peyvənd olunanların sayı 20 milyon 2 min 131-ə çatıb. Hər iki dozanı vurduranların sayı İstanbulda 3 milyon 175 min 5, Ankarada 1 milyon 599 min 907, İzmirdə isə 1 milyon 355 min 164 olub.