Türkiyədə son sutkanın koronavirus statistikası açıqlanıb

Türkiyədə son sutkanın koronavirus statistikası açıqlanıb

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 25-də 157 nəfər dünyasını dəyişib.

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 25-də 157 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 30 min 619 olub.

  Bir gündə 222 min 753 test edilərək 1210 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 28.731-dir.

  Müalicəsi tamamlanan 19.186 nəfərlə yaxşılaşanların sayı 2 milyon 900 min 829-a yüksəlib.

  Bu arada Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca elmi qrupla iclasdan sonra məlumat verərək bildirib: “İndiyə qədər 14 milyon dozadan çox peyvənd (BioNTech) vurulub. Bu rəqəmi aprel ayının əvvəlində 4,5 milyon dozaya çatdırılacaq. Əlavə olaraq 30 milyon dozalıq müqavilə bağlanılıb. May ayının sonuna qədər 100 milyon dozalıq peyvəndin Türkiyəyə gəlməsini gözləyirik. Ölkəmiz bu gün virusa bənzər parçacığın peyvəndinin 1-ci mərhələsinə başlayıb. Bu peyvənd növü bütün dünyada ən inovatif peyvənd nümunələrindən biridir."(trt)

Xəbəri paylaş

VİDEOLAR