6.04.2021 10:08:51
Bir gündə 245 min 496 test edilərək 1706 yeni xəstə müəyyən edilib
Türkiyədə yeni tip koronavirusdan (Covid-19) aprelin 5-də 193 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 32.456 olub.
Bir gündə 245 min 496 test edilərək 1706 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 42.521 olub.
Müalicəsi tamamlanan 25.627 nəfərlə yaxşılaşanların sayı 3 milyon 130 min 977-yə yüksəlib.