Ölkədə gün ərzində 310 min 420 nəfər testdən keçirilib.
Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 279 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 34 min 734 nәfәrә çatıb.
Ölkədə gün ərzində 310 min 420 nəfər testdən keçirilib. Onlardan 62 min 797 nəfərdə virus əlaməti aşkarlanıb, 2802 nəfər müalicəyə cəlb olunub.
Müalicəsi tamamlanan 55 min 413 nəfərlə, sağalanların sayı 3 milyon 480 min 146 nəfərə yüksəlib.