Türkiyədə PKK-ya dəstəkdə ittiham olunan dərnəkdə əməliyyat keçirilib
Türkiyə Diyarbəkirdə PKK-ya dəstəkdə ittiham olunan MEBYA DER dərnəyində əməliyyat keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, əməliyyat zamanı 16 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılanların dərnəyin idarəçi və üzvləri olduğu qeyd olunur.
MEBYA DER- Mədəniyyətlər Beşiyində Yaxınlarını İtirən Ailələrə Dəstək və Həmrəylik Birlik və Mədəniyyət Dərnəyindən rəsmi açıqlama verilməyib.