Türkiyədə nazirlik sayı artdı, bəzi nazirlər işdən çıxarıldı

Türkiyədə nazirlik sayı artdı, bəzi nazirlər işdən çıxarıldı

Bu barədə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete”də bildirilib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə hökumətin tərkibində dəyişikliklər olub.

Bu barədə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete”də bildirilib.

Ərdoğanın qərarı ilə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi ləğv edilib, bunun yerinə iki nazirlik – Ailə və Sosial Xidmətlər Nazirliyi, Əmək və Sosial Təhlükəsizlik Nazirliyi təsis edilib. Bununla da Zehra Zümrüd Selçuk vəzifədən kənarlaşdırılıb.

Yeni qurulan Ailə və Sosial Xidmətlər Nazirliyinə Derya Yanık, çalışma və Əmək və Sosial Təhlükəsizlik Nazirliyinə isə Vedat Bilgin təyin edilib.

Qərara görə Kabinetdəki nazirlik sayı 16-dan 17-yə çıxarılıb.

Bundan başqa, ticarət naziri Ruhsar Pekcan da vəzifəsindən çıxarılıb, yeni ticarət naziri isə Mehmet Muş olub.

Xəbəri paylaş

VİDEOLAR