Türkiyədə koronavirusla bağlı yeni qadağalar qüvvəyə minir - Ərdoğan açıqladı

Türkiyədə koronavirusla bağlı yeni qadağalar qüvvəyə minir - Ərdoğan açıqladı

Türkiyə Prezidenti əhalidən bu qadağalara əməl edilməsini xahiş edib

Rastahber Azərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün kabinənin toplantısında 4 saatdan çox çıxış edərək yeni təcrid və qadağaları açıqlayıb.

O 1, 1 aya koronavirus vaksininin gətiriləcəyinə qədər bu məhdudiyyətlərin tətbiq edilməsinin vacib olduğunu bildirib.

Ərdoğanın açıqladığı qadağalar:

Həftə içi 21:00-05:00 arası küçəyə çıxmaq qadağandır.

Həftə sonları cümə axşam 21:00-dan bazar ertəsi səhər 05:00-a qədər küçəyə çıxmaq qadağandır.

İstehsal, tədarük, logistika, səhiyyə, əkinçilik, meşə kimi sahələrə qadağalar tətbiq olunmayacaq.

Bəzi market, dükan, qəssab və meyvə-tərəvəz mağazasına həftə sonu paket servis xidmətinə müəyyən edilmiş saatlarda icazə veriləcək.

Restoranlar ancaq paket servis xidməti göstərə biləcək.

65 yaşdan yuxarı və 20 yaşdan aşağı nəqliyyatdan istifadə edə bilməyəcəklər.

İbtidai təhsil və bənzər təhsil qurumları fəaliyyətini dayandırır.

Evlərdə doğum günü, mərasim, yeni il tədbiri və bənzəri toplantılara qadağa qoyulur.

Cənazə namazına ölən şəxsin yaxınlarından ancaq 30 nəfər qatıla biləcək.

Hamam, sauna, masaj salonu, üçgüçülük hovuzları və lunaparklar da fəaliyyətini dayandırır.

Alış veriş mərkəzləri işçi və müştəri sayını məhdudlaşdıracaq.

Alış veriş mərkəzlərinə giriş xüsusi icazə verilmiş kod ilə (HES kodu) mümkün olacaq.

Sıx küçələr və prospektlərdə insanların cəmlənməsinin qarşısı alınacaq.

Dövlət qurumlarının iş saatı 10:00 və 16:00 arası olacaqdır.

50 nəfərdən artıq işçisi olan iş yerlərində xüsusi həkim olacaq və yoluxmaya nəzarət edəcək.

Xəbəri paylaş

VİDEOLAR