Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4140-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4140 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (17 may üçün) 44 koronavirusa yoluxmuş xəstə ölüb və 35369 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1368 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 149435-ə çatıb, sağalanların sayı 109962 olub.