Türkiyədə koronavirusa yoluxanların sayı - 9 May üçün...

Türkiyədə koronavirusa yoluxanların sayı - 9 May üçün...

Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3739-a çatıb

Rasthaber Azərbaycan  xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3739 olub.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (9 may üçün) 50 koronavirusa yoluxmuş xəstə ölüb və 35605 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1546 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 137115-ə çatıb,  sağalanların sayı 89480  olub.

Xəbəri paylaş

VİDEOLAR