Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3641-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3641 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (7 may üçün) 57 koronavirusa yoluxmuş xəstə ölüb və 30395 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1977 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 133721-ə çatıb, sağalanların sayı 82984 olub.