Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3584-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3584 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (6 may üçün) 64 koronavirusa yoluxmuş xəstə ölüb və 30303 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 2253 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 131744-ə çatıb, sağalanların sayı 78202 olub.