Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3520-yə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3520 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (5 may üçün) 59 koronavirusa yoluxmuş xəstə ölüb və 33283 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1832 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 129491-ə çatıb, sağalanların sayı 73285 olub.