Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3461-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3461 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (4 may üçün) 64 koronavirusa yoluxmuş xəstə ölüb və 35771 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1614 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 127659 -a çatıb, sağalanların sayı 68166 olub.