Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3841-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 3841 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (11 may üçün) 55 koronavirusa yoluxmuş xəstə ölüb və 32722 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1114 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 139771-ə çatıb, sağalanların sayı 95780 olub.