Türkiyədə koronavirusa yoluxanlar azalır, sağalanlar çoxalır

Türkiyədə koronavirusa yoluxanlar azalır, sağalanlar çoxalır

Türkiyədə yeni tip korona virusundan həyat itkisi və yoluxma hallarının azalması davam edir.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, son 24 saat içində 32 nəfərin dünyadan köçməsilə bura qədər ölənlərin sayı 4308 oldu. Eyni dövrdə 40 min 178 test keçirilib və 186 yeni diaqnoz qoyulub. 491 nəfərin sağalması ilə xəstəliyi məğlub edənlərin ümumi sayı 117 min 602 nəfərə yüksəlib.

  Qeyd edək ki, Türkiyədə “Covid-19” pandemiyası ilə əlaqədar vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb. Bu barədə ölkənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.

  Türkiyənin Səhiyyə Nazirliyinin korona virusu üzrə elmi şurası tərəfindən verilən qərara əsasən, artıq xaricdən bu ölkəyə gələn vətəndaşlar “Covid-19”la bağlı yataqxanalarda karantinə alınmayacaqlar. Onlar hava limanlarında müayinə ediləcək və karantin müddətini evlərində keçirəcəklər.

Xəbəri paylaş

VİDEOLAR