1.04.2021 10:07:45
Bir gündə 240 min 12 test edilərək 1401 yeni xəstə müəyyən edilib.
Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 31-də 152 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 31.537 olub.
Bir gündə 240 min 12 test edilərək 1401 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 39.302-dir.
Müalicəsi tamamlanan 19.193 nəfərlə yaxşılaşanların sayı 3 milyon 14 min 226-ya yüksəlib.