Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4249-a çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4249 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (21 may üçün) 27 koronavirusa yoluxmuş xəstə ölüb və 33633 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 961 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 153548-ə çatıb, sağalanların sayı 114990 olub.