Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4222-yə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4222 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (20 may üçün) 23 koronavirusa yoluxmuş xəstə ölüb və 20838 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 972 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 152587-yə çatıb, sağalanların sayı 113987 olub.