Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4171-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4171 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (18 may üçün) 31 koronavirusa yoluxmuş xəstə ölüb və 25141 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1158 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 150593-ə çatıb, sağalanların sayı 111577 olub.