Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4096-ya çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4096 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (16 may üçün) 41 koronavirusa yoluxmuş xəstə ölüb və 42236 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1610 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 148067-yə çatıb, sağalanların sayı 108137 olub.