Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4055-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 4055 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (15 may üçün) 48 koronavirusa yoluxmuş xəstə ölüb və 38565 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 1708 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 146457-a çatıb, sağalanların sayı 106133 olub.