Bu barədə Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Az.rasthaber.com “CNN Turk”-a istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri İsrail kəşfiyyatına – “Mossad”-a işləməkdə şübhəli bilinən 15 nəfəri tutub.
Qeyd edilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının 200 əməkdaşının iştirak etdiyi əməliyyat ölkənin 4 əyalətində keçirilib.
Bildirilib ki, saxlanılan şəxslər gələcəkdə müdafiə sənayesində mühüm postlar tutma ehtimalı olan türkiyəli və əcnəbi tələbələr barəsində “Mossad”-a məlumat göndərirdilər.
Əlavə edilib ki, pul müqabilində İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən şübhəlilər 1 il hüquq-mühafizə orqanları tərəfindən müşahidə altında saxlanılıblar.