Türkiyədə İŞİD liderlərindən biri həbs edildi - VİDEO

Türkiyədə İŞİD liderlərindən biri həbs edildi - VİDEO

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının başçılarından birini tutub.

Rasthaber xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

“İŞİD terror təşkilatının Türkiyədəki əmiri həbs edilib”, – deyə qeyd edib.

Onun sözlərinə görə, terrorçunun üzərində aparılmış axtarış zamanı təxribat fəaliyyətinin planı tapılıb.

Mahmut Özden adlı şəxsə qarşı bir neçə cinayət maddəsilə istintaq başladılacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR