Türkiyədə iki günlük küçəyə çıxmaq qadağası olacaq

Türkiyədə iki günlük küçəyə çıxmaq qadağası olacaq

İyunun 27-də yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət qoyulacaq

 Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Türkiyədə yeni növ koronavirus (Covid-19) pandemiyası ilə bağlı risklərin aradan qaldırılması məqsədilə daha iki günlük sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Qərara əsasən, ali məktəblərə qəbul imtahanı keçirilən günlər - iyunun 27-də yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət elan olunub.

  Qeyd edək ki, bundan əvvəlki sərtləşdirilmiş karantin rejimi liseylərə qəbul imtahanı keçirilən gün - iyunun 20-də yerli vaxtla saat 9.00-dan 15.00-dək tətbiq olunmuşdu.

Xəbəri paylaş

VİDEOLAR