Türkiyədə hərbi təyyarə qəzaya uğradı

Türkiyədə hərbi təyyarə qəzaya uğradı

Konya şəhərində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot şəhid olub.

Rasthaber xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Konyada təlim uçuşu zamanı Hava Qüvvələrinə məxsus "NF-5" tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarənin pilotu şəhid olmuşdur. 

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.  

Açıqlamada mövzu ilə əlaqədar lazımlı istintaqın başladıldığı da qeyd olunub.

Açıqlamada "Qəhrəman pilotumuza başsağlığı kədərli ailəsinə Türkiyə Silahlı Qüvvələrimizə və nəcib Türk millətinə başsağlığı və səbr diləyirik rəhmət diləyirik" deyilib.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımında Konyada “Türk Ulduzları”nın "NF-5" tipli təyyarəsinin təlim uçuşu əsnasında qəzaya düşdüyünü və pilotunun şəhid olduğunu dərin kədərlə öyrəndiyini bildirib.

Ərdoğan "Şəhidimizə Allahdan rəhmət, ailəsinə, yaxınlarına, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı diləyirəm" ifadəsini işlədib.

Xəbəri paylaş

VİDEOLAR