28.10.2021 10:20:07
Türkiyədə ağır yol qəzası olub.
Az.rasthaber.com "Haber Global"a istinadən xəbər verir ki, hadisə Hakkari əyalətində qeydə alınıb. Yüksekova-Şemdinli magistral yolunda hərbi avtomobil aşıb. Hadisə nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar Yüksekova Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın başvermə səbəbi açıqlanmır.