Bu haqda Türkiyə MMN-nin twitter səhifəsinin yaydığı məlumatda bildirilib
Rasthaber xəbər verir ki, Türkiyə MMN-nin twitter səhifəsinin yaydığı məlumatda bildirilib ki, Bingöl şəhərindən qalxan “Cougar” tipli helikopter ilə əlaqə yerli vaxtla saat 14:25-də kəsilib.
“Aparılan axtarış-xilasetmə fəaliyyətlərində meteoroloji səbəblərdən qəzaya düşən helikopterda 9 hərbiçi şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.”, -deyə məlumatda qeyd edilib.
Lakin bu paylaşımdan sonra Türkiyə MMN həlak olanların sayının 10-a çatması ilə bağlı da yeni məlumat yayıb.
Qeyd edək ki, Anadolu Agentliyi həlak olan hərbiçilərdən birinin Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş olduğunu bildirib.