19.05.2020 03:52:19
Bu haqda Türkiyə prezidenti çıxışı zamanı deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən çıxışı zamanı bildirib ki, bəzi məscidlər cümə günü - 29 maydan etibarən cümə namazı ilə qismən açılacaq.
Valiliyin və müftiliyin uyğun gördüyü məscidlərdə koronavirusa qarşı tədbirlərlə birlikdə məscidlər qismən fəaliyyət göstərəcək.
İbadət edənlər yalnız zöhr namazını məsciddə qıla biləcəklər.