Türkiyədə geniş anti-terror əməliyyatı - İldırım...

Türkiyədə geniş anti-terror əməliyyatı - İldırım...

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində “İldırım 12” antiterror əməliyyatı başlayıb.

Trend-in məlumatına görə, antiterror əməliyyatında jandarm və polis xüsusi qüvvələrindən 747 hərbçi iştirak edir.

Qeyd olunur ki, bu əməliyyat iyulun 13-dən başlamış “İldırım” əməliyyatlarının 12-ci mərhələsidir.

Bu günədək keçirilmiş 11 əməliyyat çərçivəsində 71 terrorçu zərərsizləşdirilib. Bundan başqa, 38 nəfər saxlanılıb, 140-dan çox silah-sursat anbarı məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR