Türkiyədə fəlakət nəticəsində ölənlərin sayı artır

Türkiyədə fəlakət nəticəsində ölənlərin sayı artır

Bölgələrdə axtarışlar davam etdirilir

Türkiyənin şimalında daşqınların törətdiyi fəsadlar artmaqda davam edir. Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, fəlakət nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. Onlardan 34 nəfəri Kastamonu, 6 nəfəri Sinop vilayətində, bir nəfər isə Bartında həyatının itirib. Sonuncu bir neçə gün idi ki, itkin sayılırdı.

 

Doqquz nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daşqın zonasından ümumilikdə 2 200-dən çox sakinin təxliyə olunduğu bildirilib.

 

Bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün helikopterlər cəlb olunub.

Xəbəri paylaş

VİDEOLAR