Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 259 ölüm faktı qeydə alınıb.
Rasthaber xəbər verir ki, bu haqda Türkiyə Səhiyyə Nazirliyi dünən axşam açıqlama yayıb.
Açıqlamaya görə, ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 18 min 861 nәfәrә çatıb.
Ölkədə 202 min 209 nəfər testdən keçirilib. Onlardan 19 min 650 nəfərdə virus əlaməti aşkarlanıb, 3 min 192 nəfər müalicəyə cəlb olunub
Sağalan 34 min 492 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək bir milyon 901 min 307 nəfər müalicə olunub.