Türkiyə 2 İsrail vətəndaşını saxlasa da, onların saxlanma səbəbləri hələ müəyyən edilməyib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, məlumata görə, çərşənbə günü iki İsrail vətəndaşı Türkiyə polisi tərəfindən həbs edilib.
Onların həbsinin səbəbi hələlik məlum deyil, lakin Türkiyədə həbs olunmaları xəbəri İsrail mediasında geniş şəkildə işıqlandırılıb.
Bu xəbərə cavab olaraq İsrail Xarici İşlər Nazirliyi bu məsələni təqib etdiyini açıqlayıb.
Qeyd edək ki, İsrail vətəndaşların Türkiyədə müxtəlif ittihamlarla həbs edilməsi ilk dəfə deyil və ötən ay Türkiyə polisi İsrailin casusluq agentliyi "Mossad"a casusluq ittihamı ilə 15 nəfərin həbs edildiyini açıqlamışdı.