Türkiyədə COVID-19 peyvəndi pulsuz olacaq

Türkiyədə COVID-19 peyvəndi pulsuz olacaq

Türkiyə hökuməti ölkə əhalisini koronavirus qarşı pulsuz peyvənd etməyi planlaşdırır.

Az.rasthaber.com “Hürriyet”-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Onun sözlərinə görə, artıq Çinin “Sinovak” vaksin istehsalçısı ilə danışıqlar başa çatıb, bütün hüquqi proseslər həll edilib, müqaviləyə imza atılıb.

“Azı 10 milyon doza vaksin vaksinasiyanın başlaması üçün artıq (Türkiyəyə) göndərilib”, - deyə Koca qeyd edib.

O bildirib ki, Türkiyə vətəndaşlarının peyvənd edilməsi tamamilə pulsuz olacaq.

Xəbəri paylaş

VİDEOLAR