Türkiyədə fətullahçı terror qruplaşmasına qarşı geniş əməliyyata start verilib
Rasthaber Azərbaycan xəbər verir ki, fətullahçı terror qruplaşmasının Türkiyə Silahlı Qüvvələrindəki üzvlərinə qarşı 17 şəhərdə keçirilən əməliyyat zamanı 52 şübhəlinin istintaqa cəlb edilməsi istiqamətində güc strukturları gecə saatlarında hərəkətə keçiblər.
Şübhəlilərdən neçə nəfərin yaxalandığı və həbs olunduğu açıqlanmasa da, 52 şübhəlidən 6-sının həqiqi xidmətdə olan hərbiçi, 46-sının isə qovulan kursantlar olduğu önə çəkilir.