Adana şəhərində müxtəlif cinayət ittihamları ilə axtarışda olan 90 nəfərin həbsi üçün əməliyyat keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Adana şəhərində müxtəlif cinayət ittihamları ilə təqsirli bilinərək həbs edilmə qərarı aldıqdan sonra axtarışda olan, həmçinin şübhəli ittihamı ilə axtarışa verilən 90 nəfərin həbsi üçün əməliyyat keçirilib.
Əməliyyata 500 polis cəlb edilib.
Axtarışda olanlardan neçə nəfərin saxlanılması haqqında məlumat verilmir.
Əməliyyat səhər saatlarında həyata keçirilib.