Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, koronavirus infeksiyasına yoluxma hallarının artmasına görə ölkədə ictimai nəqliyyatdan istifadə zamanı ayaq üstündə durmaq qadağan edilir.
“Biz artan yoluxma və ölüm sayına görə təəssüf edirik. Kafe və restoranlar daha sərt nizamlanacaq. İctimai nəqliyyatda sərnişinlərin ayaq üstündə durmasına yol verilməyəcək”, – deyə o qeyd edib.
O, həmçinin deyib ki, maska rejimini pozan vətəndaşlar məcburi surətdə cərimə ediləcəklər.