27.11.2020 12:23:00
Türkiyənin Mersin vilayətində anti terror əməliyyatı keçirilib
Rasthaber Azərbaycan Haber7-yə istinadən xəbər verir ki, Mersinin Tarsus rayonunda 3 evdə keçirilən əməliyyat zamanı 4 nəfər saxlanılıb.
Onlar PKK terror qruplaşmasına üzv olmaqda şübhəli bilinirlər.
Şübhəlilərin üzərindən 3 mobil telefon, bir kompüter və çox sayda digital material əldə olunub.